Rusiyalı nazir davadan sonra vəfat etdi

25 İyul 2021 10:30 (UTC+04:00)

Rusiyanın Amur vilayyətinin rabitə naziri Aleksandr Kurdyukov vəfat edib.

"RİA Novosti” xəbər verir ki, nazir istirahətdə olduğu zaman turbazaların birində baş verən davada iştirak edib.

Bundan sonra o, kəllə-beyin travması ilə xəstəxanaya yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq A.Kurdyukovun həyatını xilas etmək mümkün olmayıb.

Hüquq-mühafizə oraqanları hadisə ilə bağlı hələ ki açıqlama verməyiblər.

Qeyd edək ki, A.Kurdyukovun 40 yaşı var idi və Rusiyada ən gənc nazirlərdən biri hesab olunurdu. O bu vəzifəyə 2021-ci ilin yanvarında təyinat alıb.