Gəncədə toydan çıxan şəxs bıçaqlandı

25 İyul 2021 22:58 (UTC+04:00)

Gəncə şəhərində bıçaqlanma hadisəsi baş verib.

Aznews.az xəbər verir ki, hadisə şəhər ərazisində yerləşən şadlıq saraylarının birinin qarşısında olub.

Gəncə şəhər sakini, taksi sürücüsü 1978-ci il təvəllüdlü Həsənov Taryel Valeh oğlu qarın nahiyəsindən bıçaqlanıb.

Xəstə əməliyyat olunub, vəziyyətinin kafi olduğu bildirilir.

Hadisənin başvermə səbəbləri araşdırılır.

Onun kim tərəfindən və hansı səbəbdən bıçaqlandığı məlum deyil.

Faktla bağlı araşdırma aparılır.