Abel Məhərrəmovun həyat yoldaşından oğlunun təyinatına reaksiya

26 İyul 2021 14:29 (UTC+04:00)

Anar Məhərrəmov Bakı Dövlət Universitetinin (BDU) sabiq rektoru Abel Məhərrəmovun oğludur.

AzNews.az xəbər verir ki, Azxeber.com təyinatla bağlı Abel Məhərrəmovla əlaqə saxlayıb.

Telefona cavab verən Abel Məhərəmovun həyat yoldaşı, Anar Məhərrəmovun anası Rəhimə Mahmudova Prezidentə təşəkkürünü bildirib:

"Cənab prezidentə təşəkkür edirik ki, bizim ailəyə, Anar Məhərrəmova bu cür etimad göstərdi. Biz Məhərrəmovlar ailəsi olaraq Prezidentə dərin minnətdarlığımızı bildiririk. Ona can sağlığı arzu edirik. Sizə də təbrikə görə təşəkkür edirik”.