Yevlaxda avtoqəza zamanı sürücünün qolu üzülüb

26 İyul 2021 22:18 (UTC+04:00)

Yevlaxda xəsarətlə nəticələnən yol qəzası baş verib.

Aznews.az xəbər verir ki, hadisə Gülövşə kəndi istiqamətindən keçən magistral yolda baş verib.

Hadisə zamanı "VAZ 2106" və "VAZ 2107" markalı avtomobillər toqquşub. Qəza nəticəsində "VAZ 2106"-nın sürücüsü ağır xəsarət alıb, onun bir qolu üzülüb. Yaralı xəstəxanaya yerləşdirilib.

İlkin məlumata görə, həmin sürücü avtomobili sərxoş vəziyyətdə idarə edirmiş.

Faktla bağlı araşdırma aparılır.