“BioNTech” malyariya və vərəmə qarşı peyvənd yaratmağı planlaşdırır

26 İyul 2021 23:59 (UTC+04:00)

Almaniyanın ABŞ şirkəti ilə birgə koronavirusa qarşı vaksin yaradan “BioNTech” firması müştərək texnologiya ilə malyariya əleyhinə peyvənd yaratmağı planlaşdırır.

Aznews.az xəbər verir ki, bu barədə şirkətin press-relizində deyilir.

"BioNTech" bu gün özünün Afrika qitəsində davamlı peyvənd tədarükünü təmin edəcək və yüksək təsirli vaksinin hazırlanmasını ehtimal edən malyariya peyvəndi layihəsinə başladığını elan etdi", - deyə şirkətin məlumatında bildirilir.

Qeyd edilir ki, kliniki sınaqların başlanğıcı üçün ən perspektivli nümunələrin əldə edilməsi 2022-ci ilin sonuna planlaşdırılır.

Bundan başqa, “BioNTech” həmçinin 2022-ci ildə vərəmə qarşı vaksinin kliniki sınaqlarına da başlamaq niyyətindədir.