Qarabağda Ermənistan hərbçisi intihar edib - YENİLƏNİB

27 İyul 2021 11:37 (UTC+04:00)

Azərbaycanın Rusiya sülhməramlılarının nəzarəti altında olan Qarabağ bölgəsində ölən Ermənistan hərbçisi Sarkis Qriqoryanın intihar etdiyi məlum olub.

Bu barədə Ermənistanın İstintaq Komitəsindən bildirilib.

Hadisə iyulun 26-da yerli vaxtla axşam saat 22-də baş verib. S.Qriqoryan döş qəfəsinin sol nahiyəsindən güllə yarası alıb. Nəticədə o, ölüb.

19 yaşlı hərbçinin intihar faktı ilə bağlı cinayət işi açılıb.

09:50

10:03

Azərbaycanın Rusiya sülhməramlılarının nəzarəti altında olan Qarabağ bölgəsində Ermənistan ordusunun 19 yaşlı hərbçisi ölüb.

AzNews.az xəbər verir ki, məlumatı “Sputnik Armeniya” yayıb.

Bildirilib ki, 2002-ci ildə anadan olan Sarkis Qriqoryan qeyri-müəyyən şəraitdə aldığı güllə yarasından ölüb.

Hadisə ilə bağlı araşdırma aparılır.