“İlham Əliyev erməniləri maksimum dərəcədə sıxır” - Aleksandr İskandaryan

27 İyul 2021 19:35 (UTC+04:00)

“Ermənistanla Azərbaycan arasında genişmiqyaslı müharibə olmayacaq”.

Aznews.az xəbər verir ki, bunu Qafqaz İnstitutunun direktoru, politoloq Aleksandr İskandaryan bildirib.

Onun sözlərinə görə, hərbi əməliyyatlar bitib, buna baxmayaraq, münaqişə davam edir, lakin aşağı intensivlikdə. “Azərbaycan Prezidenti İlham Əliyev, mümkün qədər müharibənin nəticələrini əlində saxlamağa çalışır. Yəni erməniləri maksimum dərəcədə sıxır. Bu, yalnız açıqlamalardan aydın olmur”.

İskandaryanın fikrincə, Ermənistana müxtəlif yollarla təzyiq göstərilir. Birinci yol – rəsmi İrəvana Qarabağ məsələsinin olmadığını, münaqişənin bitdiyini və münaqişədən sonrakı həll yoluna keçmə vaxtının gəldiyini söyləmədir. “İkinci yol – Ermənistana təzyiq göstərmək üçün sövdələşmələrin bir hissəsi kimi istifadə olunan məhbuslardır. “Əliyev Ermənistanın daxili siyasi və müzakirə sahəsində kifayət qədər ciddi bir oyunçudur. Əslində, o, həm jurnalistlər, həm də sosial mediada və s.-də Ermənistan daxilindəki müzakirələri artıq dəyişdirib”.