Türkiyənin Almaniyadakı səfiri nazirliyə çağırıldı
21 İyun 2013 14:42 (UTC+04:00)
Səbəb kimi son günlərdə AKP hökumətindən Almaniyaya qarşı səslənən bəyanatlardır.
Almaniyanın Türkiyədə baş verən Gezi Parkı hadisələrinə münasibəti iki ölkə arasında gərginliyə səbəb olub.
Almaniyanın "Spiegelonline" saytının məlumatına görə, Türkiyənin Almaniyadakı səfiri, bundan əvvəl Azərbaycanda səfir olmuş Hüseyn Avni Karslıoğlu Xarici İşlər Nazirliyinə çağırılıb.
Buna səbəb kimi son günlərdə Türkiyə hökumətindən Almaniyaya qarşı səslənən bəyanatlar göstərilib. Son 24 saatda olan açıqlamalardan narahatlıqlarını ifadə edən Almaniya XİN-i səfirlə müzakirələrin bu istiqamətdə aparılacağını bildirib. Ancaq türk səfiri nazir özü qəbul etməyəcək. Buna səbəb nazirin Ukraynada rəsmi səfərdə olmasıdır.
Elnarə
AzNews.az