Ermənistan ərazisində mülki obyektlərə zərər yetirilməsi barədə xəbərlər yalandır

28 İyul 2021 10:05 (UTC+04:00)

Ermənistan ərazisində guya mülki obyektlərə zərərin yetirilməsi barədə xəbərlər yalandır və sırf dezinformasiya məqsədi daşıyır.

Bu barədə AzNews.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Ermənistan hərbi-siyasi rəhbərliyi ənənələrinə sadiq olaraq Ermənistan ictimaiyyətini və beynəlxalq aləmi çaşdırmaq üçün yalan məlumatlar yaymaqda davam edir.