Əbülfəs Qarayev hava limanından geri qaytarıldı

28 İyul 2021 13:12 (UTC+04:00)

Əbülfəs Qarayev səhhətində yaranan problemə görə Türkiyəyə getmək istəyərkən hava limanının əməkdaşları tərəfindən saxlanıb və geri qaytarılıb. Keçmiş nazir xaricə səfərinin təxirə düşməməsi üçün hava limanında bir çox yerlərə zənglər etsə də, nəticəsi olmayıb.

Əbülfəs Qarayevin hansı səbəbdən geri qaytarılması məlum deyil.

Qeyd edək ki, bir müddət əvvəl Əbülfəs Qarayevin Mədəniyyət və Turizm naziri işlədiyi dövrdə nazirlikdə baş verən yeyintilərlə bağlı Hesablama Palatasının apardığı yoxlamalardan sonra Baş Prokrorluqda cinayət işi açılıb. (Manset.az)