"Qarabağ" yeni transferini açıqladı

29 İyul 2021 10:48 (UTC+04:00)

"Qarabağ" klubu Azərbaycan millisinin futbolçusu Bəhlul Mustafazadəni heyətinə qatıb.

24 yaşlı müdafiəçi ilə 3 illik müqavilə imzalanıb.

O, yeni komandasında 13 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, Bəhlul Mustafazadə son olaraq "Sabah"da çıxış edib. Müdafiəçinin daha əvvəl Birləşmiş Ərəb Əmirliklərinin "Əl-Əyn" klubuna keçidi baş tutmayıb.