Məşhur müğənni vəfat etdi

29 İyul 2021 17:26 (UTC+04:00)

"Metal Church" qrupunun solisti Mayk Hau vəfat edib.

AzNews.az xəbər verir ki, bu barədə qrupun sosial media hesabında məlumat verilib.

"Qardaşımız, dostumuz, ağır metal musiqisinin əfsanəsinin ölüm xəbərini verdiyimizə görə çox kədərliyik. Mayk Hau Kaliforniyadakı evində səhər saatlarında dünyasını dəyişib. Xahiş edirik, onun ailəsinə və bizə bu çətin vaxtlarımızda hörmət edin", - deyə açıqlamada bildirilir.