Parlament sədrləri Şuşa səfərdə olub

29 İyul 2021 18:31 (UTC+04:00)

Bu gün Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova, Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop və Pakistan Milli Assambleyasının sədri Əsəd Qeysərin rəhbərlik etdikləri nümayəndə heyətləri Şuşada səfərdə olub.

Aznews.az parlament sədrlərinin Şuşaya səfərindən fotoreportajı təqdim edir.

Qeyd edək ki, qonaqlar Şuşa şəhərindəki bir sıra tarixi və dini-memarlıq abidələrini ziyarət ediblər, Cıdır düzündə olublar və şəhərdəki Azərbaycanın tanınmış şəxsiyyətləri Xurşidbanu Natəvan, Bülbül və Üzeyir Hacıbəylinin güllələnmiş heykəllərinə baxıblar.

Nümayəndə heyətləri Şuşa qala divarları ilə tanışlıqdan sonra Yuxarı və Aşağı Gövhər Ağa məscidlərini ziyarət ediblər. M.Şentop, Ə.Qeysəri və Azərbaycan, Türkiyə, Pakistan parlamentlərinin nümayəndə heyətlərinin üzvləri Yuxarı Gövhər Ağa məscidində namaz qılıblar, dualar ediblər.

Parlament sədrlərinin başçılıq etdiyi nümayəndə heyətləri Şuşadan Füzuli rayonuna yola düşüblər.