Rusiya və Çin gələn ay birgə hərbi təlim keçirəcək

29 İyul 2021 19:21 (UTC+04:00)

Rusiya və Çin gələn ay 10 min nəfər hərbçinin iştirakı ilə təlim keçirəcək.

Aznews.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, "Qarşılıqlı əlaqələr-2021" adlı manevr Çində baş tutacaq.

Təlimlərdə müxtəlif hərbi təyyarələr və zirehli texnikalardan da istifadə olunacaq.