Zerrin Özer inanılmaz dəyişdi - FOTO

29 İyul 2021 22:08 (UTC+04:00)

Ötən günlərdə “Keçmişimi zibilliyə tulladım. Zibilliyi eşələmək itlərin işidir” deyərək bütün heyvansevərləri qəzəbləndirən türkiyəli müğənni Zerrin Özer yeni görünüşü ilə təəccüb yaradıb.

“Instagram” hesabından paylaşım edən 63 yaşlı məşhurun son halı müzakirələrə səbəb olub.

İzləyiciləri şərhlər yazaraq müğənninin estetik əməliyyat etdirdiyini və ya “Photoshop”dan istifadə etdiyini soruşublar.