Bodrumda 3 min nəfər təxliyə EDİLİB

29 İyul 2021 22:24 (UTC+04:00)

Muğlanın Bodrum rayonunda baş verən meşə yanğını otellər üçün təhlükə yaratdığına görə 3 min nəfər təxliyə olunub.

Aznews.az xəbər verir ki, dəniz yolu ilə təxliyə edilən şəxslər Güvercinlik məhəlləsinə gətrirlib, Bodrum Bələdiyyəsinin əməkdaşları onları başqa otellərə yerləşdiriblər.

Qeyd edək ki, bu gün Türkiyənin 8 vilayətində 50-dən çox yerdə yanğın baş verib.

Böyükmiqyaslı yanğn fəlakətilə əlaqədar araşdırma başlanıb.