Ərdoğan Türkiyədəki meşə yanğınlarına nəzarət edir

29 İyul 2021 22:46 (UTC+04:00)

Türkiyə Prezidenti Tayyib Ərdoğan ölkədəki meşə yanğınlarının söndürülməsini yaxından izləyir.

Aznews.az xəbər verir ki, bu barədə Prezident Administrasiyası məlumat yayıb.

Bildirilib ki, yanğınla mübarizə üçün bütün aidiyyəti qurumlar səfərbər edilib.

Qeyd edək ki, kənd və meşə təsərrüfatı naziri Bekir Pakdemirli daha əvvəl Bodrum bölgəsindəki otellərdən birində meşə yanğını səbəbiylə turistlərin təxliyə edildiyini bildirmişdi.

Nazirin sözlərinə göə, Türkiyənin yeddi vilayətində 20 meşə təsərrüfatı üzrə yanğınla mübarizə işləri davam edir.