Mərkəzi Bank uçot dərəcəsi ilə bağlı qərar verdi

30 İyul 2021 12:26 (UTC+04:00)

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti (İH) uçot dərəcəsinin 6,25% səviyyəsində saxlanılması barədə qərar qəbul edib.

AzNews.az xəbər verir ki, bu barədə qurumun sədri Elman Rüstəmov onlayn keçirdiyi mətbuat konfransında məlumat verib.

Onun sözlərinə görə, faiz dəhlizinin aşağı həddi 6,75%, yuxarı həddi isə 5,75% səviyyəsində saxlanılıb.

AMB-nin İH-nin faiz dəhlizinin parametrləri barədə növbəti qərarı sentyabrın 17-də ictimaiyyətə açıqlanacaq.