Yanğınsöndürənlərimiz Türkiyəyə yola düşməyə hazırlaşırlar

30 İyul 2021 15:18 (UTC+04:00)

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, meşə yanğınlarının söndürülməsi və daha geniş miqyas almasına imkan verilməməsi məqsədilə Fövqəladə Hallar Nazirliyinin (FHN) müvafiq yanğınsöndürmə qüvvələrinin əməkdaşlarının Türkiyəyəyola düşməsi üçün hazırlıq işləri gedir.

AzNews.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Qeyd olunub ki, ən qısa zamanda qüvvələr qardaş Türkiyəyə yola düşəcək.

Əlavə məlumat veriləcək.