Flora Kərimova “Şərəf” ordeni ilə təltif edilib

31 İyul 2021 11:36 (UTC+04:00)

Azərbaycan Prezidenti İlham Əliyev Xalq artisti Flora Kərimovanın “Şərəf” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

AzNews.az xəbər verir ki, sərəncama əsasən, Azərbaycan musiqi sənətinin inkişafında xidmətlərinə görə Flora Ələkbər qızı Kərimova “Şərəf” ordeni ilə təltif edilib.