Azərbaycan Ordusunun atəşkəsi pozması barədə məlumat yalandır

31 İyul 2021 14:10 (UTC+04:00)

"Ermənistan tərəfinin Azərbaycan Ordusunun bölmələri tərəfindən Arazdəyən istiqamətinə guya atəş açılması ilə bağlı yaydığı məlumatın heç bir əsası yoxdur".

Bu barədə AzNews.az-a Müdafiə Nazirliyindən bildirilib.

"Bildiririk ki, Azərbaycan Ordusunun bölmələrindən qarşı tərəf istiqamətinə atəş açılmayıb", - deyə nazirlikdən qeyd edilib.