Şarmazanov: Ermənistan suverenliyini itirib

31 İyul 2021 17:58 (UTC+04:00)

Ermənistan kapitulyasiyadan sonra ancaq itirir.

Aznews.az xəbər verir ki, bunu Ermənistanın Respublikaçılar Partiyasının mətbuat katibi Eduard Şarmazanov deyib. Onun sözlərinə görə, Ermənistanda artıq klassik formada hakimiyyət yoxdur:

“Əgər bizdə hakimiyyət olsaydı, müharibə daha tez dayanardı, əsirlərin qaytarılması məsələsi həll edilərdi, 11 yanvar protokolu tərtib edilməzdi”.

O, Ermənistanın suverenliyini itirdiyini bildirib./Axar.az