APA-nın müxbiri Türkiyədə tüstüdən zəhərləndi

31 İyul 2021 19:24 (UTC+04:00)

Aznews.az xəbər verir ki, “APA TV”-nin Türkiyənin yanğın bölgəsinə ezam olunmuş əməkdaşı Xəqani Hüseynov xəstəxanaya yerləşdirilib.

O, yanğın bölgəsində tüstüdən zəhərlənib.

X.Hüseynova ilkin tibbi yardım göstərildikdən sonra Marmaris Dövlət Xəstəxanasına yerləşdirilib. Ondan qan nümunəsi götürülüb və ilkin diaqnoz olaraq tüstüdən zəhərləndiyi təsdiqlənib.