İlham Əliyev Xalq artistinə ev hədiyyə etdi - FOTO

1 Avqust 2021 13:33 (UTC+04:00)

Azərbaycanın Xalq artisti Ənvər Həsənova ev hədiyyə edilib.

AzNews.az xəbər verir ki, bir müddət bundan əvvəl Xalq artisti Ənvər Həsənova Prezident İlham Əliyev tərəfindən ev hədiyyə edilib.

Ənvər Həsənov məlumatı Manset.az-a tədiq edərək prezident İlham Əliyevə təşəkkür edib.

"Allah cənab prezidentimizi qorusun! O mədəniyyət adamlarına həmişə böyük diqqət və qayğı ilə yanaşıb. Mənə də ev hədiyyə edib. Minnətdaram, bu həm də mənim sənətimə verilən böyük dəyərdir".