Növbəti yanğın-xilasetmə qüvvəsi Türkiyəyə doğru hərəkət edir

1 Avqust 2021 13:49 (UTC+04:00)

Məlumat verildiyi kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq, meşə yanğınlarının söndürülməsi və daha geniş miqyas almasına imkan verilməməsi məqsədilə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin müvafiq yanğın-xilasetmə qüvvələrinin növbəti qrupu dünən axşam saatlarında qardaş Türkiyə Respublikasına yola düşüb.

Fövqəladə Hallar Nazirliyindən AzNews.az-a bildirilib ki, hazırda qrup qonşu Gürcüstan ərazisində Türkiyəyə doğru hərəkər edir.