Səbinə Əliyeva Türkiyəyə 100 fidan hədiyyə edib

1 Avqust 2021 16:27 (UTC+04:00)

Azərbaycan Respublikasının Ombudsmanı Səbinə Əliyeva qardaş Türkiyədə baş verən yanğınların təbiətə, ekosistemə vurduğu zərərin fəsadlarının aradan qaldırılması məqsədi ilə Meşəçiliyin İnkişafı və Meşə Yanğınları ilə Mübarizə Xidmətlərinə Dəstək Vəqfi (OGEM-VAK) tərəfindən başladılmış kampaniyaya qoşularaq, 100 fidan hədiyyə edib.

Bu barədə AzNews.az-a Ombudsman Aparatından bildirilib.