Goranboyda toyda bıçaqlanma olub

1 Avqust 2021 17:46 (UTC+04:00)

Goranboyda bıçaqlanma hadisəsi qeydə alınıb.

Hadisə Todan kəndində keçirilən toy mərasimində baş verib.

Belə ki, 1988-ci il təvəllüdlü Məmmədov Kərəm Rasim oğlu toy mərasimi zamanı düşən mübahisə zamanı kürək və qabırğa nahiyəsindən bıçaq xəsarətləri alıb. O, xəstəxanaya yerləşdirilib. R.Məmmədovun vəziyyəti orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırmalara başlanılıb.