Yanğınsöndürənlərimiz Türkiyədə daha bir kəndi xilas etdi

1 Avqust 2021 18:00 (UTC+04:00)

Ölkə başçısının tapşırığına əsasən Türkiyəyə göndərilən yanğınsöndürənlərimiz Muğlanın Marmaris rayonunda daha bir kəndi yanğın təhlükəsindən xilas edib.

Bundan əlavə, bölgədə alışma müşahidə olunan daha bir ərazidə yanğın ocağı yanğınsöndürənlərimiz tərəfindən söndürülüb. (report)