Türkiyədəki yanğınlarda həlak olanların sayı yeddiyə çatıb

1 Avqust 2021 18:24 (UTC+04:00)

Türkiyənin Antalya vilayətinin Manavqat rayonunda baş verən meşə yanğınları zamanı zərər çəkən bir evdən iki nəfərin cəsədi tapılıb.

Aznews.az xəbər verir ki, həlak olanlardan biri Türkiyə vətəndaşı, digəri isə onun almaniyalı həyat yoldaşıdır. Hazırda evdə araşdırmalar aparılır.

Bununla da Türkiyədə baş verən yanğınlar zamanı həlak olanların sayı yeddiyə çatıb.