Cəlilabadda yük maşını aşdı, sürücü öldü

1 Avqust 2021 23:46 (UTC+04:00)

Cəlilabadda ölümlə nəticələnən yol qəzası baş verib.

Aznews.az xəbər verir ki, rayonun Zəhmətabad kəndində idarəetmədən çıxan "QAZ-69" markalı yük maşını aşıb. Nəticədə sürücü, Yardımlı rayon sakini, 1980-ci il təvəllüdlü Çingiz Niyaz oğlu Tağıyev hadisə yerində dünyasını dəyişib. Onun sərnişini, 1990-cı il təvəllüdlü Sadəddin Tağıyev isə müxtəlif bədən xəsarətləri ilə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.