Azərbaycanın amfibiya təyyarəsi Türkiyədə dənizdən su yığarkən görüntüləndi - VİDEO

2 Avqust 2021 00:08 (UTC+04:00)

Azərbaycanın amfibiya yanğınsöndürən təyyarəsi Türkiyədə dənizdən su yığarkən görüntülənib.

Aznews.az xəbər verir ki, sosial şəbəkələrdə yayılan video böyük maraqla qarşılanıb.

Xatırladırıq ki, Azərbaycan bu təyyarəni 2008-ci ildə Rusiyadan alıb. Fövqəladə Hallar Nazirliyinin arsenalında olan yanğın əlehinə "B-240ÇS" amfibiya təyyarəsi hərəkətdə ola-ola 1 dəqiqə ərzində 12 ton su ehtiyatı yığa bilmə xüsusiyyətinə malikdir.

Qeyd edək ki, Azərbaycan Rusiyadan bu təyyarəni alan ilk xarici ölkə olub.

Görüntüləri təqdim edirik:

/Musavat.com