Baş nazir ikinci dəfə ata olacaq

2 Avqust 2021 07:31 (UTC+04:00)

Britaniyanın Baş naziri Boris Consonun həyat yoldaşı Kerri ikinci dəfə ana olacağı barədə məlumat verib.

O bu barədə özünün qapalı “Instagram” səhifəsində paylaşım edib.

Körpənin katolik pasxası ərəfəsində dünyaya gələcəyi gözlənilir.

Qeyd edək ki, 57 yaşlı Conson və xanımının artıq bir oğlu var. O ötən ilin aprel ayında doğulub. (Pravda.az)