ABŞ-da helikopter qəzaya uğrayıb

2 Avqust 2021 07:41 (UTC+04:00)

ABŞ-ın Kaliforniya ştatının şimalında baş vermiş helikopter qəzası nəticəsində 4 nəfər ölüb.

Bu barədə “Associated Press” məlumat yayıb.

Məlumata görə, “Robinson R66” tipli özəl helikopter yerli vaxtla saat 13:15-də (Bakı vaxtı ilə 00:15) Sakramento şəhərinin şimalında qəzaya uğrayıb. Helikopterdə dörd nəfər olub, onların hamısı qəzanın qurbanına çevrilib.

Hadisənin səbəbləri və ölənlər haqqında hələ ki ətraflı məlumat verilməyib. Qəzanın təfərrüatlarının araşdırılması Federal Aviasiya İdarəsi və ABŞ Milli Nəqliyyat Təhlükəsizliyi Şurası tərəfindən aparılır. (APA)