Aİ Türkiyəyə yanğınsöndürmə təyyarələri göndərəcək

2 Avqust 2021 08:44 (UTC+04:00)

Avropa İttifaqı Komissiyası Türkiyədəki meşə yanğınları ilə mübarizəyə dəstək üçün 3 yanğınsöndürmə təyyarəsi göndərəcək.

Komissiyadan bildirilib ki, təbii fəlakətin qarşısının alınması üçün Xorvatiyadan 1, İspaniyadan 2 “Canadair” təyyarəsi göndəriləcək.

Aİ-nin böhran vəziyyətləri üzrə məsul şəxsi Janez Lenarik bu çətin günlərdə Türkiyə ilə həmrəy olduqlarını bildirib.

"Daha çox kömək etməyə hazırıq", - deyə o qeyd edib.