Yolu keçmək istəyən kişini maşın vurub öldürdü

2 Avqust 2021 08:55 (UTC+04:00)

Goranboy rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Hadisə Goran qəsəbəsində qeydə alınıb.

Avtomobil yolu qarşı tərəfə keçmək istəyən rayon sakini, 1985-ci il təvəllüdlü Samir Füzuli oğlu Əsgərovu avtomobil vuraraq öldürüb.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır. (report)