Zakir Həsənov orduya əmr verdi

2 Avqust 2021 11:34 (UTC+04:00)

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə keçirilən xidməti müşavirədə Ermənistanın sərhəddə törətdiyi təxribatlar müzakirə olunub.

Bu barədə AzNews.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Son zamanlar Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər istiqamətində baş verən hadisələri təhlil edən müdafiə naziri Ermənistan Silahlı Qüvvələri tərəfindən törədilə biləcək istənilən təxribata hazır olmağı və onların qarşısının dərhal alınmasını əmr edib.