Atatürkün məzarı açıla bilər - ŞOK

21 İyun 2013 19:11 (UTC+04:00)
"Atatürkü İsrail öldürdü"

Türkiyəli tanınmış jurnalist Fatih Tezcan Mustafa Kamal Atatürkün İsrail dövləti tərəfindən öldürüldüyünü iddia edərək, onun nəşinin ekspertizadan keçməsini tələb edir.

Bununla bağlı dövlət nümayəndələrinə də müraciət edən jurnalist, Atatürk tərəfdarlarına və müsəlmanlara çağırış edib.

"Tam əminliklə sizə bildirirəm ki, Atatürkə İsrail dövləti tərəfindən sui-qəsd edilib. Əgər dediklərim yanlış olarsa, mən öz istefa ərizəmi yazıb, vəzifəmdən getməyə belə hazıram. Xatırlayırsınızsa, 1936-cı ildə İngiltərə İsrail dövlətinin yaradılması üçün canfəşanlıq edirdilər. Məhz, onların bu iddiasına Atatürkün "Canımız bahasına da olsa, buna yol vermərik" cavabı 1938-ci ildə onun ölümünə səbəb oldu".

Xəyalə Məmmədova
AzNews.az