2 yaşlı körpəni elektrik cərəyanı öldürdü

2 Avqust 2021 20:18 (UTC+04:00)

Kürdəmir rayonunda körməni elektrik cərəyanı vuraraq öldürüb.

Aznews.az xəbər verir ki, hadisə Muradxan kəndində qeydə alınıb.

Belə ki, 2019-cu il təvəllüdlü Qəribov İxtiyar Əşrəf oğlu həyətdə oynayarkən onu elektrik cərəyanı vurub. Körpə hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı Kürdəmir Rayon Prokurorluğunda araşdırma aparılır.