Antalyada turist avtobusu qəzaya düşdü, 3 Rusiya vətəndaşı öldü

2 Avqust 2021 23:59 (UTC+04:00)

Türkiyənin Antalya vilayətinin Manavgat şəhərində turistləri daşıyan avtobus qəzaya uğrayıb.

Aznews.az Türkiyə KİV-lərinə istinadən məlumat verir ki, qəza nəticəsində 3 nəfər Rusiya vətəndaşı həlak olub, 5 nəfər isə xəsarət alıb.

Bildirilir ki, avtobusda aralarında doqquzu uşaq olmaqla 22 sərnişin daşınıb.