Paşinyan yeni hökumətini formalaşdırır - Altı nazir təyin edildi

3 Avqust 2021 15:32 (UTC+04:00)

Ermənistan prezidenti Armen Sarkisyan ölkədə altı nazir və baş nazirin müavininin təyinatı ilə bağlı sərəncamlar imzalayıb.

Aznews.az-ın erməni KİV-lərinə istinadən məlumatına görə, baş nazirin müavini vəzifəsində Mger Qriqoryan qalıb.

Əvvəlki hökumətdən Vaan Kerobyan iqtisadiyyat naziri, Anait Avanesyan səhiyyə naziri vəzifələrini saxlayıb.

Sabiq ombudsmen Karen Andreasyan ədliyyə naziri, sabiq iqtisadiyyat naziri Tiqran Xaçatryan isə maliyyə naziri təyin olunub.

Qeyd edək ki, ötən gün A.Sarkisyan Nikol Paşinyanın baş nazir təyin olunması ilə bağlı sərəncam imzalamışdı. Eyni zamanda, Arşak Karapetyan müdafiə naziri təyin olunmuşdu.