Ərdoğan İlham Əliyevə təşəkkür etdi - FOTO

3 Avqust 2021 17:10 (UTC+04:00)

"Meşə yanğınları ilə mübarizəmizə dəstək göstərən, yardıma hazır olduqlarını bildirən, yardım göndərən bütün dost ölkə və təşkilatlara millətimin adından təşəkkür edirəm"

AzNews.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rəsmi feysbuk səhifəsində bildirib.

"İnşallah bu çətindövrü qısa müddətdə geridə qoyacağıq.

Xüsusilə ilk andan etibarən dəstəyini əsirgəməyən can Azərbaycanın Prezidenti, dəyərli dostum İlham Əliyevə, Rusiya Prezidenti Vladimir Putinə, İspaniyanın Baş naziri Pedro Sançezə ölkəmin adından təşəkkür edirəm.

Qonşumuz İranın Prezidenti Həsən Ruhani, Qətər əmiri Şeyx Təmim, Xorvatiya Prezidenti Zoran Milanoviç və Ukrayna Prezidenti Vladimir Zelenskiyə göstərdikləri həmrəyliyə görə minnətdarlığımı bildirirəm", - deyə Türkiyə Prezidenti əlavə edib.

Pərvanə