Yağış Bakıda uzun tıxac yaratdı

21 İyun 2013 21:08 (UTC+04:00)
Yağan güclü yağış nəticəsində şəhərdə uzun tıxac yaranıb.

Bakı Şəhər Dövlət Yol Polisinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədovun APA-ya verdiyi məlumata görə, paytaxta yağan yağış sularının yaratdığı fəsadlar nəticəsində Rəsulzadə, Biləcəri qəsəbələri, 7 və 8-ci mikrorayonlarda tıxac əmələ gəlib.

Qeyd edək ki, yaranan tıxac nəticəsində əhali sərnişin avtobuslarından düşərək piyada hərəkət ediblər.

AzNews.az