Azərbaycanda peyvənd olunanların sayı açıqlanıb

3 Avqust 2021 21:16 (UTC+04:00)

Aznews.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Qeyd edilib ki, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 47 560, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 30 225 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 5 119 407, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 2 971 686, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 2 147 721 təşkil edir.