Azərbaycan millisi Gürcüstana məğlub olub

3 Avqust 2021 22:45 (UTC+04:00)

Bakıda təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi yoldaşlıq oyunu keçirib.

Aznews.az xəbər verir ki, yığma gürcüstanlı həmyaşıdları ilə üz-üzə gəlib.

Qarşılaşma rəqibin 3:2 hesablı qələbəsi ilə bitib. Azərbaycan yığmasının heyətində 74-cü dəqiqədə Vüsal Əliyev, 90-cı dəqiqədə isə Mahmud Ağayev fərqlənib.