Salyan sakini özünü bıçaqlayıb

4 Avqust 2021 10:12 (UTC+04:00)

Salyanda bıçaqlanma hadisəsi baş verib.

Hadisə Pambıqkənd kəndində qeydə alınıb. Belə ki, kənd sakini, 1989-cu il təvəllüdlü Nəsibov İlham Rahim oğlu bədəninin kəsilmiş-deşilmiş yaraları ilə Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. İ.Nəsibovun dediyinə görə, o, özü özünə bıçaqla xəsarət yetirib.

Faktla bağlı araşdırma aparılır. (report)