İyulda 1 ailəyə nə qədər Ünvanlı Dövlət Sosial Yardımı ödənilib?

4 Avqust 2021 12:08 (UTC+04:00)

İyulda orta hesabla 1 ailəyə ödənilən Ünvanlı Dövlət Sosial Yardımın məbləği artaraq 231,9 manatdan 259,3 manata çatıb.

Bu barədə Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqələr departamentindən bildirilib.

Qeyd edilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 11,8 % artım deməkdir.