Türkiyənin Dənizli bölgəsindəki yanğın söndürülüb

4 Avqust 2021 15:38 (UTC+04:00)

Bunu Azərbaycan fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, ötən gün Dənizli bölgəsində baş verən yanğınlar söndürülüb: "Birinci yardım 100 nəfərdən ibarət olan insan təyyarə vasitəsilə, ikinci yardım isə quru yolla 54 texnika, 247 nəfər şəxsi heyət dünən axşam hadisə yerindən 157-170 km kənarda, Dənizli şəhərində Türkiyə Kənd Təsərrüfatı və Meşə Nazirliyi tərəfindən hadisə yerinə cəlb edilib. Bu yanğınlar Buldan və Tavas istiqamətlərində baş verib. Bu istiqamətlərin hər birinə 180 yanğınsöndürən və 50 ədəd yanğın avtomobili cəlb olunub. Mənim özüm də bu istiqamətə Mersindən hərəkət etmişəm, 2 saatdan sonra hadisə yerinə çatdıq və yanğının söndürülməsi istiqamətində fəaliyyətə başlanıldı. Demək olar ki, yanğınlardan biri saat 02:30 radələrində söndürüldü. Digəri isə bu gün səhər saatlarında məlumat verildi ki, söndürülüb. Göstərişim əsasında orada olan texnika və şəxsi heyət Muğla istiqamətində hərəkət edir". (Report)