Dövlət Vergi Xidməti 9 milyon manatlıq tenderə yekun vurub

4 Avqust 2021 17:17 (UTC+04:00)

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti yeni AVİS 2 informasiya sisteminin yaradılmasının 3-cü mərhələsi (reliz 3) üzrə yeni platforma bazasında Bəyannamə, Kargüzarlıq, Şəxsi Hesab Vərəqəsi, Borclar, VÖEN altsistemlərinin əsas funksional bölmələrinin analiz edilməsi, Bəyannamə və Kargüzarlıq altsistemlərinin əsas funksional bölmələrinin proqramlaşdırması, təlimatların hazırlanması və təlimlərin keçirilməsi ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.

AzNews.az dövlət satınalmalarının vahid elektron portalına istinadən xəbər verir ki, tenderin qalibi “Cybernet” MMC-dir.

Qalib şirkətə 8 923 822 manat ödəniləcək.