Ağcaqanadlar 59 nəfəri öldürdü

22 İyun 2013 07:28 (UTC+04:00)
Taylandda ağcaqanadlardan yoluxan virus səbəbi ilə ölənlərin sayı açıqlanıb


Taylandda ağcaqanadlardan yoluxan virusdan ölənlərin sayı 59-a çatıb. Ölümcül xəstəliyin yağış mövsümündə daha da sürətlə yayıldığı bildirilib.

Ölkənin Səhiyyə Nazirliyinin səlahiyyətliləri ağcaqanadlardan yoluxan virusun yaratdığı qızdırma epidemiyasının bu ilin ilk 6 ayında 49 min nəfərdə qeydə alındığını açıqlayıb.

Virus daşıyan ağcaqanadların sancması ilə yoluxan xəstəlik yüksək temperatur, baş ağrısı, dəri səpgiləri kimi narahatçılıqlara səbəb olur, bəzi hallarda ölümlə nəticələnir.

AzNews.az