Daşkəsən sakini həmyerlisinə balta ilə xəsarət yetirib

4 Avqust 2021 23:16 (UTC+04:00)

Daşkəsən sakininə xəsarət yetirilib.

Aznews.az xəbər verir ki, rayon sakini orta yaşlı kişi ağır kələ-beyin travması ilə xəstəxanaya yerləşdirilib.

Xəstəyə lazımi tibbi yardım göstərilib, vəziyyətinin kafi olduğu bildirilir.

İlkin məlumata görə, rayon sakininin başına balta ilə xəsarət yetirilib.

Faktla bağlı araşdırma aparılır.